Bu gün Türkiyə Super Liqasında 16-cı tura yekun vurulacaq.
Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" klubu bu gün doğma meydanda "Fənərbaxça"nı qəbul edəcək.
Məluamata görə, komandanın baş məşqçisi Ərsun Yanal futbolçuya bu matçda da şans verməyəcək.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə 21:00-da start götürəcək.