Türkiyə superliqasında 16-cı tura yekun vurulub.
Turun son oyununda "Trabzonspor" "Fənərbaxça"nı qəbul edib. Görüş İstanbul klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Trabzonspor"da çıxış edən millimizin futbolçusu Ramil Şeydayev sözügedən görüşdə oynamayıb. O, 18-liyə daxil edilməyib.