Türkiyənin və Avropanın ən yaxşı hakimlərindən hesab olunan Cüneyt Çakır verdiyi qərarla yenə də gündəmə gəlib.
Sportarena.az xəbər verir ki, Çakırın “Rizəspor” - Osmanlıspor” oyununda verdiyi qərar bütün dünyada müzakirə olunur. Türkiyəli hakim bu qarşılaşmada verdiyi penalti qərarı ilə özünün biabır edib.
Qarşılaşmanın 67-ci dəqiqəsində “Osmanlıspor”un qapıçısı Yakob Yantşer cərimə meydançasından topu əli ilə uzaqlaşdırıb. Çakır isə dərhal penalti nöqtəsini göstərib. Ancaq “Rizəspor” bu penaltidən yararlana bilməyib.
Qarşılaşmanın sonunda Çakır bu dəfə “Osmanlıspor”un xeyrinə penalti təyin edib. Musa Çağıran fürsəti dəyərləndirib.