Ukrayna millisinin üzvü rəsmən "Şəmkir"də

14:36 27 Dekabr 2016

Premyer Liqaya çıxmağı hədəfləyən “Şəmkir” klubu növbəti transferini gerçəkləşdirib.


Sportarena.az xəbər verir ki, komanda bu dəfə ukraynalı futbolçu Artem Yesaulovla müqavilə imzalayıb. Yarımmüdafiəçi “Metallurq” Donetsk klubunun 19 yaşlılarında oynayıb. “Stal”ın əvəzedici komandasından trasfer edilən Artem Yesaulov Ukraynanın U-16, U-17 millilərinin də şərəfini qoruyub.


Xatırladaq ki, "Şəmkir" klubu daha öncə “Turan” Tovuzdan Vusal Qarayev, “Şərurspor”dan Fərmayıl Əliyev, “Qaradağ” Lökbatandan Cəmil Rəhimlini, “Zirə”dən isə İsa Cəbiyevlə Cəmil Havıyevi də heyətinə qatmışdı.


Digər xəbərlər

Xəbər xətti