İslam Oyunlarına nə qədər pul xərclənəcək? - nazir açıqladı

15:10 27 Dekabr 2016

"Əməliyyat Şirkəti tam şəkildə formalaşıb. Mütəxəssislər öz vəzifələrini icra edir. 60-a yaxın xarici mütəxəssis və 500-ə yaxın yerli gənclər bu işlərin öhdəsindən gəlir. Əsas məsələ açılış və bağlanış mərasimləri ilə bağlıdır".

 
Sportarena.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.
 

Nazir İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimindən danışıb: 
"Bunlar Bakı Olimpiya Stadionunda olacaq və böyük iş tələb edir. Mədəniyyət tədbirləri həyata keçiriləcək. Heç bir sahədə gecikmə yoxdur. Oyunlarda 4000-ə yaxın idmançı, 2000 nəfər isə texniki şəxs, nümayəndə heyəti olacaq. Ümumilikdə Atletlər Kəndində 6000-ə yaxın adam qalacaq. İslam Oyunlarından sonra Atletlər Kəndi sahibkarlara qaytarılacaq və evlər satışa çıxarılacaq. Oyunların keçirilməsi üçün təxminən 100 milyon dollar nəzərdə tutulub. Bunun 60 milyon dolları bu il, qalan hissəsi gələn il xərclənəcək. Vəsaitin böyük hissəsi əsasən açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulub".(Report.az)


Digər xəbərlər

Xəbər xətti