Azar Droqbaya çatdı

16:10 27 Dekabr 2016

"Çelsi"nin futbolçusu Eden Azar üçün İngiltərə Premyer Liqasının 18-ci turunda "Bornmut"la görüş əlamətdar olub.


Sportarena.az xəbər verir ki, bu görüşdə penaltidən fərqlənən belçikalı yarımmüdafiəçi Premyer Liqada 50-ci qolunu vurub.


Bununla da, "Çelsi" tarixində 50 və daha çox qol vuran 6-cı oyunçu olub.


Qeyd edək ki, bundan əvvəl Didye Droqba, Frank Lempardan, Canfranko Zola, Cimmi Floyd Hesslbeynk və Eydur Qudyonson 50 və daha çox qol vurublar.


Digər xəbərlər

Xəbər xətti