"Mançester Yunayted" Antoni Marsialı "Sevilya"ya icarəyə göndərməyəcək.
Əndəlus klubunun idman direktoru Ramon Monçi 21 yaşlı hücumçu ilə görüşüb danışıq aparsa da, "qırmızı şeytanlar" təklifi rədd edib. Komanda Markus Reşfordu da buraxmaq istəmir.
Məlumatına görə, "Vest Hem" hər iki futbolçunu icarəyə götürmək istəsə də, rədd cavabı alıb.