"Qəbələ" 2016-cı ilin idman klubu seçilib

13:16 28 Dekabr 2016

“Qəbələ” "2016-cı ilin ən yaxşı idman klubu" adına layiq görülüb.


Sportarena.az xəbər verir ki, buna idman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsi, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan yığmasının əldə etmiş olduğu ilk və bir çox lisenziyanı, o cümlədən medalları qazanması, digər idman uğurları səbəb olub.


Bununla yanaşı, Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə fəxri diplomla təltif edilənlər sırasında boksçularımız Kamran Şahsuvarlı və Lorenzo Sotomayor, həmçinin taekvondoçumuz Milad Beiqi Harçeqani də olub. Karate üzrə dünya çempionu Rafael Ağayev “İlin ən yaxşı idmançısı” nominasiyasındakı qaliblərdən biri kimi təltif edilib.


Digər xəbərlər

Xəbər xətti