Çin klubundan "Qalatasaray"ın futbolçusuna 20 milyonluq təklif

13:33 28 Dekabr 2016

"Qalatasaray"ın futbolçusu Lukaş Podolski karyerasını Çində davam etdirə bilər.


Sportarena.az xəbər verir ki, futbolçu Çinin "Guanqjou Evergrande" komandasının diqqətindədir.


Almaniyanın "Sport bild" qəzetinin məlumatına görə, komanda 31 yaşlı almaniyalı forvard üçün "Qalatasaray"a 20 milyon avro təklif edib. Bundan başqa, "Guanqjou Evergrande" tərəfindən Podolskinin özünə isə ildə 9 milyon avro ödəməyə hazır olduqları açıqlanıb.


Xatırladaq ki, Podolskinin "Qalatasaray"la 2017/2018-ci il mövsümünün sonunadək müqaviləsi var.


Qeyd eddək ki, carı mövsümdə "Qalatasaray"ın heyətində bütün turnirlərdə 12 oyunda meydana çıxan Polşa əsilli futbolçu 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti