“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo komandanın yarımmüdafiəçisi Pol Poqbanın çıxışını qiymətləndirib.
O, fransalı futbolçu haqda müsbət fikirlər səsləndirib:
“İngiltərə Premyer Liqasında oynamaq çox çətindir. İtaliya A Seriyasında 3-4 il çıxış edəndən sonra Premyer Liqaya gəlmək, başqa dünyaya düşmək kimidir. Ancaq Poqba hər şeyin ən yaxşısını edir. Düşünürəm ki, gələn mövsüm bundan da yaxşı oynayacaq. Məncə, Poqba dünyanın ən yaxşı yarımmüdafiəçisidir”.
Qeyd edək ki, bu yay “Yuventus”dan 93 milyon avroya transfer olunan 23 yaşlı futbolçu Premyer Liqada meydana çıxdığı 17 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə verib.