Hollandiya millisinin sabiq üzvü Rafael Van der Vart maraqlı açıqlama verib.
Hazırda Danimarkanın “Midtyulland” klubunda çıxış edən 33 yaşlı yarımmüdafiəçi gənc yaşlarında “Barselona”nın transfer təklifini rədd etdiyini deyib:
“Barselona” mənə təklif göndərəndə 16 yaşım var idi. Ancaq mən “Ayaks”dan getməyi ağlıma da gətirmirdim. Hollandiyalı gənc futbolçulara tövsiyyə edirəm ki, ölkəni tərk etməyə tələsməsinlər. Mənimlə həmyaşıd futbolçular sübut etdilər ki, Hollandiyada qalmaqla da böyük futbolçu olmaq mümkündür”.
Qeyd edək ki, “Ayaks”ın yetirməsi olan Van der Vart müxtəlif illərdə “Hamburq”, “Real”, “Tottenhem” və “Betis” klublarında çıxış edib.