İlin ən yaxşı idmançıları təltif edildi

23:50 28 Dekabr 2016

Azərbaycan Milli Paralimpiya Komitəsi 2016-cı ilin ən yaxşı məşqçilərinin və idmançılarının adlarını elan edib.

 “İlin ən yaxşı məşqçisi” adına cüdo üzrə milli komandanın baş məşqçisi İbrahim İbrahimov layiq görülüb. O, bu ada paralimpiyaçı cüdoçularımızın XV Paralimpiya Oyunlarında bir qızıl, bir gümüş və bir bürünc medal qazanmalarına görə sahib olub. Rio Olimpiadasında qızıl medal qazanan cüdoçu Ramil Qasımov isə ilin ən yaxşı idmançısı seçilib.

İlin ən yaxşı uşaq paralimpiyaçıları Uşaq Paralimpiya Komitəsinin cüdoçuları İlkin Zəkiyev (42 kq), Polad Poladov (66 kq), stolüstü tennis üzrə komandanın üzvü Aytac Qasımova, boccia komandasının idmançısı Rüfət Bayramov olublar. İ.Zəkiyev, P.Poladov, A.Qasımova və R.Bayramov respublika Uşaq Paralimpiya İdman Oyunlarının ikiqat çempionları olduqlarına görə mükafatlandırılıblar.


Digər xəbərlər

Xəbər xətti