"Spartak"ın futbolçusu "Trabzonspor"a getməyəcək

12:33 29 Dekabr 2016

Moskvanın "Spartak" klubunun yarımmüdafiəçisi İvelin Popov "Trabzonspor"a getməyəcək.


Sportarena.az xəbər verir ki, 29 yaşlı Bolqarıstan millisinin üzvü Moskva klubunu tərk etməyəcək. Buna səbəb "Spartak"la "Trabzonspor" arasında müqavilə şərtlərinin razılaşdırıla bilməməsidir.


Bundan əlavə, İ.Popovun həyat yoldaşı onun Türkiyədə çıxış etməsini istəmir. Belə ki, qardaş ölkədə baş verən terror aktları Popovun həyat yoldaşını qorxuya salıb. 


Xatırladaq ki, Tabzon təmsilçisi İvelin Popov üçün 3.5 milyon avro ödəməyə hazır idi.


Digər xəbərlər

Xəbər xətti