Şəhriyar dördüncü oldu

13:22 29 Dekabr 2016

Qətərin paytaxtı Dohada şahmatın rapid növü üzrə dünya çempionatı başa çatıb. 15 turdan ibarət olan bu mötəbər yarışda Azərbaycanı 5 zəka sahibi təmsil edib. 


Onlardan ən yüksək nəticəni Şəhriyar Məmmədyarov göstərib – sonuncu tura qədər mükafatçılar sırasına düşmək şansını saxlayan qrossmeysterimiz Maqnus Karlsenə uduzaraq, yekunda 10 xalla 4-cü yeri tutub.


Dünya çempionu adını isə ukraynalı Vasili İvançuk qazanıb. Rusiya şahmatçısı Aleksandr Qrişşuk 2-ci, norveçli Maqnus Karlsen isə 3-cü olub.  Qeyd edək ki, mükafatçıların hər biri 11 xal toplayıb və yerlər əlavə göstəricilərə əsasən müəyyənləşib.


Çempionatdakı digər təmsilçilərimizə gəlincə, Rauf Məmmədov 8,5 xalla 27-ci, Teymur Rəcəbov 8 xalla 36-cı, Arkadi Naydiç 8 xalla 45-ci, Sərxan Həşimov isə 6 xalla 88-ci olub.


Digər xəbərlər

Xəbər xətti