"Lester" qış transferləri üçün 30 milyon funt ayırdı

15:19 29 Dekabr 2016

“Lester Siti” qış transfer pəncərəsi üçün 30 milyon funt (təqribən 36 milyon avro) ayırıb.


Sportarena.az xəbər verir ki, bu haqda “The Telegraph” məlumat yayıb. Premyer Liqanın son qalibinin bu mövsüm uğursuz çıxışından sonra klub rəhbərliyi baş məşqçi Klaudio Ranyerinin heyəti gücləndirməklə bağlı təşəbbüsünü dəstəkləyib.


Xatırladaq ki, hazırda “Lester” turnir cədvəlində 16-cı yeri tutur. Bu mövqe isə Premyer Liqanı tərk etmək zonasına yaxındır.


Bildirilir ki, “Lester” “Sportinq”dən yarımmüdafiəçi Andrien Selva, “Genk”dən Vilfred Ndidini almaq fikrindədir. 


Digər xəbərlər

Xəbər xətti