2026-cı ildə futbol üzrə dünya çempionatının final mərhələsi üç ölkədə keçirilə bilər.
Sportarena.az xəbər verir ki, bunu Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi ölkələrinin Futbol Konfederasiyasının (KONKAKAF) prezidenti Viktor Montalyani açıqlayıb.
O bildirib ki, ABŞ, Kanada və Meksika mundialın birgə təşkili üçün müraciət edəcək. Montalyani iştirakçıların sayının 48-ə qaldırılmasının bir ölkənin təşkilatçılığını mümkünsüzə çevirəcəyindən belə addım atılacağını da vurğulayıb. Qurumun başçısı turnirin KONKAKAF zonasında təşkilinə ümidvar olduğunu da bildirib.
Qeyd edək ki, FIFA 2026-cı ildən mundialın final mərhələsinin iştirakçı sayını 48-ə yüksəltmək niyyətindədir.