Ruanda Liqasında keçirilən "Mukura Victory Sports" - "AS Kiqali" (1:1) matçında maraqlı hadisə yaşanıb.
Sportarena.az xəbər verir ki, meydan sahibləri qapılarından top buraxmamaq üçün cadu ediblər.
Qonaqların hücumçusu Musa Kamara ilk yarıda dəfələrlə qol şansını qaçırıb, top gah dirə dəyib, gah da inanılmaz halda qapıçı tərəfindən qaytarılıb. Bunun fəqinə varan hücumçu cadunu aşkarlayıb və 7 dəqiqə sonra cadu edilən qapıya qol vurub.
Həmin anın maraqlı videosunu təqdim edirik: