“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda milli komandamızda oynamaq şansı qazanıb.
Sportarena.az xəbər verir ki, bu barədə "Futbolinfo"ya açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
2017-ci ilin mayında ölkəmizdə olmasının 5 ili tamam olacaq braziliyalının Azərbaycan vətəndaşlığı alması üçün heç bir əngəl qalmayacaq. AFFA da bacarıqlı orta xətt oyunçusunun xidmətindən istifadə etməkdə maraqlıdı. Bu səbəbdən müddət bitən kimi Almeyda yığma komandamızın düşərgəsinə cəlb olunacaq.
Buna kimi isə futbolçunun özü ilə danışıq aparılmalıdı. Baş katib Riçardla gələn ay görüşüb, millimizdə oynaması haqda yekun razılığını almalıdı.