İngiltərə Premyer Liqası klublarının yay transfer pəncərəsi zamanı xərclərinin 1 milyardı keçdiyi məlum olub.
Sportarena.az xəbər verir ki, "Sky Sports" bu barədə geniş məlumat verib. Əsas klubların xərclədiyi vəsait isə belədir:
"Mançester Siti": 174.2 milyon funt.
Qvardiolanın gəlişindən sonra klub bu transferləri gerçəkləşdirib: Con Stones - 50 milyon, Leroy Sana - 37 milyon, Qabriel Xesus - 27 milyon, İlkay Gündogan - 21 milyon, Claudio Bravo - 17 milyon, Nolito - 14 milyon, Marlos Moreno - 4.75 milyon, Oleksandr Zinçenko - 3.4 milyon.
"Mançester Yunayted": 149.55 milyon
"Manchester United": Paul Poqba 93 milyon , 30 milyon - Erik Baily, Henrix Mxitaryan - 26 milyon.
"Çelsi": 122.7 milyon
"Arsenal": 93.1 milyon
"Lester": 76.78 milyon