"Trabzonspor" klubu qış üçün transfer çalışmalarına başlayıb. Klub rəhbərliyi vəziyyətin yaxşı olmadığını görərək heyətini xeyli gücləndirmək fikrindədir.
Artıq 1 futbolçu ilə razılıq əldə edilib. Bu tanınmış müdafiəçi Joao Perreyradır. Portuqaliya millisinin üzvü ilə 2 illik müqavilə imzalanacaq. Tərəflər transferin bütün detallarında razılıq əldə edib.