“Milan”ın hücumçusu Luis Adrianonun “Spartak”a keçidi reallaşmaq üzrədir.
2 klub arasında aparılan danışıqlar müsbət yekunlaşıb. Artıq 29 yaşlı futbolçunun transferi ilə bağlı klublar arasında müqavilə də imzalanıb.
Keçidin rəsmiləşməsi üçün braziliyalı futbolçu tibbi müayinədən uğurla keçməlidir.