Ukraynanın nüfuzlu “UA-Football” portalı 2016-cı il üçün ölkənin xarici klublarında çıxış edən legionerlərindən ibarət rəmzi komandanı tərtib edib.
Komandada “Qəbələ” klubundan 2 futbolçu yer alıb. Bunlar qapıçı Dmitri Bezotosnı və müdafiəçi Vitali Vernidubdur.
Bundan başqa, “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk rəmzi komandanın baş məşqçisi seçilib.