"Mançester Yunayted" yayda "Atletiko"nun 2 futbolçusu - Antuan Qrizmanla Saul Nyigesi heyətinə qatmağa çalışacaq.
Sportarena.az xəbər verir ki, hər iki futbolçu yaxınlarda Madrid klubu ilə müqavilənin müddətini artırıblar. Bu səbəbdən "qırmızı şeytanlar" hər iki futbolçu üçün 145 milyon avrosundan keçməlidir. Lakin Joze Mourinyo qiyməti aşağı sala biləcəyinə inanır.
Portuqaliyalı mütəxəssisin fikrincə titul uğrunda mübarizə aparmaq üçün "Mançester Yunayted"ə daha 4-5 dünya səviyyəli futbolçu lazımdır.