Millimizin üzvünə "Trabzonspor"da son şans

23:09 2 Yanvar 2017

"Trabzonspor"un baş məşqçisi Ərsun Yanal futbolçusu Ramil Şeydayevlə bağlı qərarını dəyişib.
Türk mütəxəssis komandadan göndərməyi planlaşdırdığı millimizin oyunçusuna sonuncu dəfə şans verməyə qərar verib.  Belə ki, o, komandanın qış təlim-məşq toplanışından sonra R.Şeydayevlə bağlı yekun qərarını klub rəhbərliyinə bildirəcək.
Qeyd edək ki, "Trabzonspor"un  sonuncu iclasında R.Şeydayevlə yolların ayrılmağı barədə fikir mübadiləsi aparılmışdı.
Əlavə edək ki, R.Şeydayevi "Samsunspor" və "Giresunspor"un icarəyə götürmək istədiyi iddia edilir.


Digər xəbərlər

Xəbər xətti