Klubumuzun "Fənərbağça" ilə matçının hakimi müəyyənləşdi

23:51 2 Yanvar 2017

Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan “Azərreyl”in II turdakı oyununa hakim təyinatları açıqlanıb. Yanvarın 11-da keçiriləcək Türkiyə “Fənərbaxça”sı ilə səfər qarşılaşma beynəlmiləl briqadaya həvalə edilib. Matçın 1-ci hakimi bolqarıstanlı İvaylo İvanov olacaq. Ona italiyalı Simone Santi kömək edəcək. Qeyd edək ki, Azərbaycan çempionunun Burhan Fələk Voleybol Salonunda keçirəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti