"Qalatasaray"ın yarımmüdafiəçi Yasin Öztəkin yaxın müddət ərzində Rusiya Premyer Liqasına yollana bilər.
Sportarena.az xəbər verir ki, futbolçunu Kazanın "Rubin" komandası 4 milyon avroya transfer etmək niyyətindədir.
Xatırladaq ki, Öztəkin cari mövsüm 14 oyunda meydana çıxıb. O bu görüşlərdə 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, hazırda o, baş məşqçi tərəfindən heyətdən kənarlaşdırılıb.