"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli həyat yoldaşının qardaşı tərəfindən vəhşicəsinə döyülüb.
Sportarena.az xəbər verir ki, 2010-cu ildən evli olduğu həyat yoldaşı Evin Elçin Denizlini tərk edərək ondan boşanmaq üçün 5 milyon türk lirəsi istəməsi və bunu ona verməcəyini dediyində qayınları tərəfindən saatlarca döyülüb. Hadisədən sonra təcrübəli mütəxəssis polis bölməsinə gedərək şikayət ərizəsi yazıb:
"Evimə gəlib məni təhdid etdilər. Dedilər ki, boşanmaq üçün 5 milyon verməlisən. Həmin anlarda hiss etdiyim qorxunu ifadə etmək mümkün deyil. Ölümlə üz-üzə gəldim. Həmin şəxslərin cəzalandırılmasını istəyirəm".
Qeyd edək ki, Dənizli 2013-cü ilin noyabrından həmin mövsümün sonunadək "Xəzər Lənkəran"ın baş məşqçisi vəzifəsində çalışıb.