"Telekom"un oyunu lixtenşteynli hakimə tapşırıldı

12:50 3 Yanvar 2017

Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan Azərbaycanın “Telekom” klubunun ikinci turdakı oyununa hakim təyinatları açıqlanıb.


Polşanın “Xemik” klubu ilə yanvarın 10-da keçiriləcək qarşılaşmanı lixtenşteynli hakim Filip Şurmann idarə edəcək. Ona rumıniyalı Pol Katalin Sabo-Aleksi köməkçi təyin olunub.


“Sərhədçi” İdman Olimpiya Mərkəzində oynanılacaq “Telekom”-“Xemik” matçı saat 17:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti