"Mançester Siti"nin forvardı Serxio Aquero 20-ci turda "Börnli" ilə oyunda klubda 153-cü qolunu vurub.
Sportarena.az xəbər verir ki, argentinalı futbolçu bununla "Mançester Siti"nin tarixi ərzində vurulan qollara görə Kolin Bellə çatıb və 3-cü yerə yüksəlib.
28 yaşlı Aqueronu yalnız Tommi Conson (166) və Erik Bruk (177) qabaqlayır.