Xərçəng xəstəliyinə qalib gələn futbolçu məşqlərə başladı

21:04 3 Yanvar 2017

8 ay öncə xərçəng xəstəliyinə tutulduğu aşkarlanan "Ayntraxt"ın futbolçusu Marko Russ məşqlərə başlayıb.


Sportarena.az xəbər verir ki, qış fasiləsinə yollandıqdan sonra hazırlıqlara başlayan Bundesliqa klubu bu gün növbəti məşqinə çıxıb. Təqribən 1.5 saat davam edən məşqdə Marko Russ da iştirak edib. Komandanın baş məşqçisi Niko Kovaç bu barədə verdiyi açıqlamada futbolçunun geri dönməsi üçün sevindiyini bildirib. O, komandanın Abu Dabidəki toplanışına da aparılacağını qeyd edib.

 

Xatırladaq ki, Almaniya Futbol Federasiyasının Dopinqlə Mübarizə Komitəsi tərəfindən aparılan testlərdən sonra aprel ayına 30-da futbolçuda xərçəng xəstəliyi aşkarlanmışdı. Buna baxmayaraq, təcrübəli futbolçu "Ayntraxt"la "Nürnberq" arasında keçirilən pley-off matçında forma geyinmiş, daha sonra müalicələrinə başlamışdır.


Qeyd edək ki, futbolçuda "xərçəng" aşkarlandıqdan sonra komanda onunla olan müqaviləni 2019-cu ilədək uzatmışdı.


Digər xəbərlər

Xəbər xətti