"Şalke" və Kamerun millisinin futbolçusu Erik Maksim Çupo-Motinq sürpriz qərar qəbul edib.
27 yaşlı hücumçu milli karyerasını başa vurub. O, diqqətini daha çox klub karyerasına yönəltmək istəyib və ona görə də yığmadan getmək qərarı verib.
Qeyd edək ki, Şupo-Motinq 2010-cu ildən Kamerun millisində çıxış edirdi. O, 41 oyunda 11 qol vurmağı bacarıb.