Nikolay Komliçenko "Slovan"dan "Krasnodar"a qayıdır.
Futbolçu Çexiya klubunda icarə əsasında oynayırdı. "Krasnodar" onu geri qaytarmaq və 4,5 illik yeni müqavilə imzalamaq qərarına gəlib.
Bu qərardan futbolçunun özü də böyük məmnunluq yaşadığını qeyd edib. Xatırladaq ki, Komliçenko "Qarabağ"la oyunlarda fərqlənmişdi. "Slovan"ın heyətində Avroliqada oynadıına görə analoji turnirdə "Krasnodar"ın şərəfini qoruya bilməyəcək.