"Lester" qış transfer pəncərəsində ilk transferini reallaşdırıb.
Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Genk"in 19 yaşlı yarımmüdafiəçisi Oninye Ndidini heyətinə qatıb. Dünən tibbi müayinədən keçən futbolçu ilə 5 illik müqavilə imzalanıb. "Lester" Ndidiyə görə Belçika təmsilçisinə 15 milyon funt ödəyəcək.