Çin klubundan "Borussiya"nın futbolçusuna 150 milyon avroluq təklif

15:36 4 Yanvar 2017

Heyətində Cekson Martinez, Tevez, Oskar və Halk kimi oyunçuları olan Çinin "Şanxay SPİG" klubu bu dəfə Almaniya Bundesliqası təmsilçisi olan "Borussiya"nın futbolçusunu heyətinə qatmaqda israrlıdır.


Sportarena.az xəbər verir ki, sözügedən klub "Borussiya"nın qabonlu futbolçusu Pierre-Emerik Oubameyanqı transfer etmək istəyir. Məlumata görə, Çin klubu futbolçu üçün "Borussiya"ya 150 milyon avro ödəməyə hazırdır. Bundan əlavə, komanda futbolçuya illik 41 milyon avro ödəməycək. 


Qeyd edək ki, "Borussiya" ilə 2020-ci ilədək müqaviləsi olan futbolçu cari mövsüm çıxdığı 22 matçda 20 qol vurub və 4 qol ötürməsi edib.


Digər xəbərlər

Xəbər xətti