Türkiyə Super Liqasında fasiləyə lider yollanan "Başakşehir" müdafiə xəttini gücləndirib.
İstanbul klubu İsveçrənin "Vill" klubundan Egemen Qorxmazı transfer edib. Təcrübəli müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, 34 yaşlı futbolçu Türkiyədə "Bursaspor", "Trabzonspor", "Beşiktaş", və "Fənərbaxça" kimi klublarda çıxış edib.