Xorvatiya millisinin futbolçusu "Beşiktaş"da

18:19 4 Yanvar 2017

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 

Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi Xorvatiyanın "Riyeka" klubunun futbolçusu Matey Mitroviçi heyətinə cəlb edib. Məlumata görə, Xorvatiya millisinin futbolçusu 2 gün ərzində Türkiyəyə gələrək, komandanın təlim-məşq toplanışına qatılacaq.

 
"Beşiktaş" futbolçu üçün "Riyeka"ya 3 milyon avro ödəyəcək. Futbolçunun illik məvacibi isə 1.3 milyon avro olacaq.


Qeyd edək ki, cari mövsüm "Riyeka" forması ilə 25 matça çıxan futbolçu 2 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.


Digər xəbərlər

Xəbər xətti