Milli komandamızın üzvü Ufuk Budakın çıxış etdiyi Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi Hakan Kutlunun istefaya göndərilməsindən sonra boş qalan posta Sərgən Yalçını gətirib. Kayseri klubu 44 yaşlı mütəxəssislə razılıq əldə edib. Axşam saatlarında təyinatın rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Sərgən Yalçın məşqçilik karyerası ərzində "Qaziantepsopr" və "Sivasspor" kimi klubları çalışdırıb.