Türkiyənin "Osmanlıspor" klubu İngiltərə Çempionşipində mübarizə aparan KPR ("Kuins Park Reyncers" - red.) klubunun futbolçusu Sandronu transfer edə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
Məlumata görə, komanda futbolçunu icarə əsasında deyil, təzminat ödəyərək heyətinə qatmaq niyyətindədir. Braziliyalı futbolçunun KPR-lə olan müqaviləsi bu mövsümün sonunda başa çatacaq.
Xatırladaq ki, futbolçu daha öncə "Tottenhem" və "Vest Bromviç" kimi klublarda da forma geyinib.
Qeyd edək ki, cari mövsüm KPR formasıyla 8 görüşdə iştirak edən 27 yaşlı futbolçu 3 qol vurmağı bacarıb. Bundan əlavə, o, 1-i rəsmi olmaqla, ümumilikdə, 17 dəfə Braziliya millisinin formasını da geyinib və 1 qol vurub. Sandro 2012-ci ildən milli komandaya dəvət olunmur.