İngiltərə Premyer Liqasında çıxış edən "Everton" klubu ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, komandanın konqolu oyunçusu Yannik Bolaise 1 il yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə komandanın baş məşqçisi Ronald Koeman açıqlama verib.
4 dekabrda "Mançester Yunayted"lə qarşılaşmada zədələnərək məcburi əvəzlənən 27 yaşlı futbolçunun tibbi müayinədən sonra 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı. Lakin sonrakı müayinələrdən sonra futbolçunun 1 il oynamayacağı bildirilib.
Xatırladaq ki, mövsüm əvvəlində "Kristal Pelas"dan "Everton"a transfer olan futbolçu iştirak etdiyi 16 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.