Ramil Şeydayev yeni komandasının düşərgəsinə qoşuldu

13:43 5 Yanvar 2017

Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubundan ayrılıb. 
 

Sportarena.az xəbər verir ki, Qara dəniz təmsilçisinin Antalyadakı düşərgəsini tərk edən futbolçu PTT I liqasında mübarizə aparan "Samsunspor"un sıralarına qoşulub.
 

Şeydayev mövsümün sonuna qədər icarə əsasında "Samsunspor"un uğurları üçün çalışacaq.

 
Qeyd edək ki, yayda Rusiyanın "Zenit" klubundan transfer olunan Şeydayev "Trabzonspor"un heyətində keçirdiyi 3 rəsmi oyunda 1 qol vurmuşdu.


Digər xəbərlər

Xəbər xətti