Maşallah Əhmədovun məhkəməsi təxirə salınıb

17:13 6 Yanvar 2017

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə düşüb.
 

Sportarena.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilməli olan prosesdə təqsirləndirilən M. Əhmədov iştirak etməyib. Buna görə məhkəmə prosesi yanvarın 13-dək təxirə salınıb. 

 
M. Əhmədovun prosesdə iştirak etməməyi zərərçəkmiş şəxslərin etirazına səbəb olub.
  

Qeyd edək ki, bu gün M. Əhmədova hökm oxunmalı idi. Prokuror ona 9 illik həbs cəzası istəmişdi.
 

Xatırladaq ki, Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.(APA)


Digər xəbərlər

Xəbər xətti