"Qarabağ"a 3 qol vuran futbolçu da Çin klubuna gedir

17:58 6 Yanvar 2017

Daha bir ulduz futbolçu karyerasını Çində davam etdirəcək.
 

Sportarena.az xəbər verir ki, "Fiorentina"nın hücumçusu Nikola Kaliniç bu ölkənin "Tyanzin Teda" klubu ilə razılıq əldə edib. Asiyalılar serb futbolçu üçün Florensiya təmsilçisinə 45 milyon avro ödəyəcək.
 

Qeyd edək ki, "Tyanzin Teda" bu gün "Çelsi"nin futbolçusu Con Obi Mikellə də müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti