Noyabrda təyyarə qəzasına uğrayan Braziliyanın “Şapekoense” klubunun qəzadan sonrakı ilk oyununun vaxtı müəyyənləşib.
“Şapekoense” yanvarın 21-də Braziliya çempionu “Palmeyras”la qarşılaşacaq.
Qarşılaşma “Şapekoense”nin doğma meydanı “Arena Konda”da keçiriləcək.
Qeyd edək ki, komandanın baş məşqçisi Vaqner Mançini hazırda heyətə yeni futbolçular cəlb edir.