Almaniya klubu Türkiyə millisinin üzvünü transfer etdi

22:20 6 Yanvar 2017

"Mainz" klubunun verdiyi məlumata görə, Yunus Mallı  "Volfsburq" ilə 2020-21 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

"Volfsburq"un təlim məşq toplanışına qatılmaq üçün 24 yaşlı futbolçu  "Mainz" düşərgəsini tərk edib. Almaniya mətbuatının xəbərlərinə görə, transfer üçün  12,5 milyon avro ödənilib.

9 dəfə Türkiyə millisinin şərəfini qoruyan  Yunus Mallı  2011-ci ildən  bəri  "Mainz"da 146 oyunda  32 qol vurub və 23 məhsuldar ötürmə edib. Xatırladaq ki, o , Bakıda avroliqa oyununda Qəbələ ilə görüşdə komandasının ən fəallarından biri idi.


Digər xəbərlər

Xəbər xətti