Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib. İstanbul təmsilçisi Ukraynanın "Şaxtyor" klubunun üzvü Aleksandr Karavayevi transfer edib. Bu barədə məlumat klubun rəsmi saytından verilib.
24 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək icarə əsasında "sarı-lacivərtlilər"in uğurları üçün çalışacaq. Ukrayna milli komandasının üzvü "Fənərbaxça"da 11 nömrəli formanı geyəcək.