Futbol üzrə İngiltərə Kubokunun üçüncü mərhələsi (1/32 final) çərçivəsində "Mançester Siti" Londonun "Vest Hem" klubunu səfərdə 5:0 hesabı ilə darmadağın edib.
Sportarena.az xəbər verir ki, qalib komandanın heyətində Yaya Ture (33-cü dəqiqə, penaldan), David Silva (43), Serxio Aquero (50) və Con Stounz (84) fərqlənib.
Oyunun 41-ci dəqiqəsində "Vest Hem"in yarımmüdafiəçisi Havard Nordtveyt avtoqola imza atıb.
Qeyd edək ki, üçüncü mərhələnin digər görüşləri 7-9 yanvar tarixlərində keçiriləcək. Final matçı mayın 27-də "Uembli" stadionunda baş tutacaq. Kubokun hazırkı qalibi "Mançester Yunayted"dir.