Dəniz Yılmaz: "Çempionlar Liqasında oynamaq istəyirəm"

10:53 7 Yanvar 2017

"Bursaspor"un və Azərbaycan millisinin futbolçusu Dəniz Yılmaz Türkiyə mətbuatına açıqlama verib.


Sportarena.az xəbər verir ki, 28 yaşlı hücumçu Bursa klubundakı çıxışı barədə fikirlərini bildirib. O, həmçinin qol vurmamaqla bağlı problemi barədə də danışıb:


"Mən komandanın bir üzvüyəm. Qol vurmasam da, mübarizə aparıram. Mənim üçün önəmli olan komandamın uğurlu çıxışıdır. Başa düşürəm, hamı məndən qol gözləyir. Bununla bağlı xüsusi çalışıram. Ötən mövsümün ikinci yarısındakı kimi oynayacam. Hansı mövqedə oynamağımın önəmi yoxdur. Hər mövqedə özümü ən yaxşı yöndən göstərməyə çalışacam".

 


Millimizin forvardı həmçinin klubunun cari mövsüm üçün hədəfləri barədə də açıqlama verib:


"Bu mövsüm üçün hədəfimiz çempionatı ilk 5-likdə başa vurmaqdır. Çempionlar Liqasına, Avropa Liqasına getmək istəyirəm. Buna nail olmaq üçün çox çalışmalıyıq".


Digər xəbərlər

Xəbər xətti