Azərbaycanda oynamış futbolçu "Anji"də məşqçi oldu

12:34 7 Yanvar 2017

Rusiyanın "Anji" klubunun məşqçilər heyətinin tərkibi açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, siyahıda Azərbaycan futboluna tanış simanın da adı var. Belə ki, fəaliyyətini dayandırmış Quba "Şahdağ"ının sabiq futbolçusu Anzur Sadirov Mahaçkala klubunun uğurları üçün çalışacacaq. O,  yeni baş məşqçi Aleksandr Qriqoryanın rəhbərliyi altında böyük məşqçi Dmitri Beznyak və qapıçılarla işləyən məşqçi Nikolay Şleyevlə birgə məqşçi kimi çalışacaq.

 

Qeyd edək ki, Anzur Sadirov 2000-ci ildə "Şahdağ" Azərbaycan çempionatının yüksək liqasında oynadığı vaxt Mahaçqala "Dinamo"sundan icarəyə götürülüb. Keçmiş yarımmüdafiəçi Quba komandasında 2 oyunda meydana çıxıb. 


Digər xəbərlər

Xəbər xətti