"Arsenal"ın ulduz futbolçusu Aleksis Sançez klubunu dəyişməyə yaxındı.
Sportarena.az xəbər verir ki, çilili vinger London klubu ilə yeni müqavilənin maddiyyatla bağlı şərtlərində razılığa gələ bilməyib. Bu səbəbdən Aleksislə klub rəhbərliyi arasında münasibətlər soyumağa başlayıb.
Artıq yaranmış vəziyyəti öz xeyrinə çevirmək istəyən klub peyda olub. Bu, cari mövsümdə işləri heç də yaxşı getməyən PSJ-di. Paris klubu Sançesə görə "Arsenal"a 60 milyon avro, futbolçuya isə tələb etdiyi maaşı ödəməyə hazırdı.
Qeyd edək ki, Aleksisin "Arsenal"la müqaviləsi 2018-ci ilin iyulunda başa çatacaq.