Konte üsyan edir - Onu buraxmaram

16:25 7 Yanvar 2017

“Çelsi”nin hücumçusu Dieqo Kostanın Çindən təklif alması komandanın baş məşqçisi Antonio Konteni narahat edib.

 

Sportarena.az xəbər verir ki, İngiltərə mətbuatına danışan italiyan çalışdırıcı Kostanı buraxmayacağını bildirib. Oskar və Con Obi Mikelin Çin klublarına transferinə toxunan Konte eyni yolu Kostanın da tutmağına qarşıdı:

 

“Ümid edirəm ki, Mikel və Oskardan sonra bu qış “Çelsi”dən ayrılan futbolçu olmayacaq. Əks halda, bizə mənfi təsir edə bilər. “Çelsi” çempionluq uğrunda mübarizə aparır. Buna görə də, mənə çoxlu futbolçu lazımdı. Dieqo Kostanı “Çelsi”dən buraxmaram”.


Digər xəbərlər

Xəbər xətti